Exterior Products Packaging Products Interior Products Dunya Polistren Group || Main Page
Dunya Polistren Group
"Evsen" Şirkətlər Qrupu Müşahidə Şurasının sədri və "Dünya" Polistren Qrupun sahibi Muhammet Ali Evsen 1998 ci il aprelin 1 də İstanbul (Türkiyə) şəhərində anadan olub.

Orta təhsilini 2014 cü ildə Heydər Əliyev adına Müasir Təhsil kompleksində fərqlənmə attestatı ilə bitirib.

2013 cü ildə Londonda ingilis dili kursu və Business Management üzrə təhsil alıb.

2014 cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.

Muhammet Ali Evsen peşəkar biznes fəaliyyətinə 2015 ci ildən kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.

2017 ci ilin mart ayından "Dünya" Polistren Qrup səhmlərinin 51% nin sahibi olub.

2017 ci ilin noyabr ayından "Dünya" Polistren Qrup səhmlərinin 100% nin sahibi və Müşahidə Şurasının sədri olub.

Türk, azərbaycan, rus, ingilis və ispan dillərini bilir.
   "Dünya" Polistren Qrup 2017 ci ildən etibarən "Evsen" Şirkətlər Qrupunun tərkib hissəsi olaraq, öz sektorunda qabaqcıl şirkətlərindən biri olmaq üçün fəaliyyətə başlamışdır. "Evsen" Şirkətlər Qrupu 1990 cı ildən başlayaraq müstəqil Azərbaycan Respublikası ərazisində geniş biznes fəaliyyəti ilə məşğul olan, ölkə iqtisadiyyatına investisiya yatırmaqla minlərlə insanı işlə təmin edən, Azərbaycanın biznes məkanında intensiv inkişafına yardımçı olan ilk şirkətlərdəndir. 2009 cu ildən etibarən isə "Evsen" Şirkətlər Qrupu investisiya layihələrini genişləndirərək Rusiya, Türkiyə, Albaniya, Fransa, İspaniya və digər xarici ölkələrin sosial-iqtisadi inkişafının strateji sahələrinə iri həcmli sərmayələr yatırmışdır.

   "Evsen" Şirkətlər Qrupu yarandığı dövrdən keçən 28 ilə yaxın müddət ərzində vizyonumuza, missiyamıza və dəyərlərimizə əsaslanaraq gördüyümüz işlərlə fəqlilik yaratmağa və sərmayə yatırdığımız ölkələrin rifahına və inkişafına öz töhfəmizi verməyə çalışmışıq. Biz öz iqtisadi maraqlarımızı dövlətlərin və ölkələrin iqtisadi maraqları çərçivəsində tutmuş, onlara uyğunlaşdırmağa çalışmışıq. Eyni zamanda, üzərimizə düşən məsuliyyəti dərk edərək sosial və ictimai maraqların təmini üçün də zəruri fəaliyyətləri həyata keçirmişik. Bununla da biz "Zamanla Daima İrəli..." şüarımızı reallaşdırmışıq.

   "Evsen" Şirkətlər Qrupu iqtisadiyyatın müxtəlif sektorlar üzrə (sənaye, xidmət, istehsal, ticarət, maliyyə, neft və qaz) öz fəaliyyətinə cəmləşdirmişdir. Onun tərkibinə 23 müəssisə, 7 zavod və 2 hava yolu şirkəti daxildir. "Evsen" Şirkətlər Qrupunun dünya iqtisadiyyatının inkişafında bu günkü rolu danılmazdır və beynəlxalq biznes mühitində ən güclü investisiya qruplarından biridir.

   Yaşadığımız dövr, qloballaşan dünyamız sürətlə dəyişir, inkişaf edir. XXI əsr düşüncələrə, fikirlərə müasir yanaşma tələb edərək meydana yeni biznes liderləri gətirib. Mənim atam, Ali Evsen də məhz belə düşüncə və zəka sahibi olmaqla 1990-cı ildə Azərbaycanda ilk xarici özəl sərmayə qoyan türk şirkətini qurdu. Ali Evsenin qısa zamanda əldə etdiyi uğurlar nəticəsində "Evsen" Şirkətlər Qrupu yarandı və bir çox ölkələrdə çoxşaxəli fəaliyyətə başladı. "Evsen" Şirkətlər Qrupunun yaranmasından 28 ilə yaxın zaman keçir. 28 il bir insanın həyatında önəmli bir müddətdir. Bu zaman kəsiyi, ölkələr və dövlətlər üçün isə, qısa müddət sayıla bilər. Bu qısa müddətdə fəaliyyət göstərdiyimiz ölkələrin iqtisadiyyat, mədəniyyət, idman və digər sahələrinə çox böyük dəstək göstərmişik və dünyada qibtə ilə yanaşılacaq böyük nailiyyətlər və uğurlar əldə etmişik. Bu uğurlar bizi qürurlandırır, qürurlandırmaqla yanaşı, daha həvəslə çalışmağa ruhlandırır.

   Mən, bu böyük irsin, prinsiplərin və nailiyyətlərin gələcək nəsilə daşıyıcısı kimi üzərimə düşən məsuliyyəti dərk edirəm. Dünya təcrübəsi göstərir ki, ölkələrin iqtisadi inkişafının təmin edilməsində iri iqtisadi subyektlərin, holdinq tipli şirkətlərin rolu böyükdür. Bu gün bu prinsiplərin davam və inkişaf etdirilməsi yolunda mənə göstərilən etimadın verdiyi məsuliyyət hissi cəmiyyətin inam və hörmətini qazanmaqda başlıca meyarım olacaq.

   "Evsen" Şirkətlər Qrupunun növbəti böyük layihəsi inşaat sektorunda yeni format hesab edilən polistren məmulatlarının istehsalı fabrikası olmuşdur. Bu ideyanın həyata keçirilməsi üçün Türkiyənin Adana bölgəsi prioritet seçdik. Adana Organize Sənaye Bölgəsində yerləşən "Dünya" Polistren fabrikasına sərmayə yatırılması heç də təsadüfdən olmadı. Çünki, Adana şəhəri Evsen irsinin və o cümlədən mənim atamın dünyaya göz açdığı doğma məkan olmaqla yanaşı, Türkiyənin iri bölgələrindən biridir. İrsi və doğma torpağımıza sərmayə yatırmaqla bölgənin iqtisadi tərəqqisinə, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına diqqət yetirmək əzmindəyik. İnkişaf etməkdə olan dövlətimizin, vətənimizin kiçik bir vətəndaşı olmaq, onun tərəqqisi və yüksəlişi naminə əlimizdən gələni əsirgəməməkdə israrlıyıq.

   Qeyd etməliyəm ki, "Dünya" Polistren Qrupu müştəriləri ilə iş birliyində şəffaflıq prinsipinə əsaslanaraq, istehsal etdiyi məhsul və göstərdiyi xidmətlərdə kəmiyyəti deyil, keyfiyyəti əsas tutaraq fəaliyyət göstərir. Bütün bu proseslərin mərkəzində bizim üçün hər zaman insan amili dayanmışdır. Elə buna görə də, fəxrlə deyə bilərəm ki, bütün bu illər ərzində kollektivimiz qarşılıqlı hörmət, inam və komanda ruhu şəraitində çalışmışdır.

   "Dünya" Polistren Qrupunun bu səviyyəyə gəlməsində və müvəffəqiyyətli nəticələr əldə etməsində çox önəmli iştirakları olan müştərilərimizə, istehlakçılarımıza, idarəçilərimizə və çalışanlarımıza dərindən təşəkkür edir, birlikdə yeni nailiyyətlərə imza atacağımıza inanıram. İnam hər bir uğurun əldə edilməsində başlıca şərtdir. Əminəm ki, bu inamla Sizlərlə birlikdə daha böyük zirvələr fəth edəcəyik!

   "Dünya" Polistren Qrup öz fəaliyyətində korporativ sosial məsuliyyət (KSM) layihələrinə də önəmli yer verməkdədir. Bizim KSM fəaliyyətimizdə milli mənəvi dəyərlərin qorunması və təbliği xüsusi yer tutur. Əldə etdiyimiz uğurlar bizi qarşıdakı illərdə işlərimizi daha da böyütməyə, mənfəətliliyimizi artırmağa, üzərimizə düşən sosial məsuliyyətləri artıqlaması ilə yerinə yetirməyə sövq edir. Bundan sonra da var gücümlə çalışacağam ki, "Dünya" Polistren fabrikası "Evsen" Şirkətlər Qrupunun nəzdində dünya iqtisadiyyatındakı imzasını daha da gücləndirsin, beynəlxalq bir şirkətin tərkib hissəsi olaraq inamlı addımlarla irəliləməkdə davam etsin.
Evsen Group of Companies